ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi, Ağ Evin “Vaqner” qrupunu beynəlxalq cinayət təşkilatı kimi tanıdığını və ona qarşı sanksiyalar tətbiq etmək niyyətində olduğunu bildirib.
SİA bu barədə rus saytlarına istinad edir.
Qeyd edək ki, “Maliyyə Nazirliyi “Vaqner”i artıq beynəlxalq cinayət təşkilatı kimi tanıyır”. Kirbi deyib bunu.
Kirbi sanksiyaların gələn həftə tətbiq olunacağını da qeyd edib. Onlar həm qruplaşmaya, həm də onun “bir çox qitələrdə dəstək şəbəkəsinə” qarşı yönələcəklər.
Bundan əvvəl Con Kirbi Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovun ABŞ-ın hərəkətlərini Adolf Hitlerin hərəkətləri ilə müqayisə edən bəyanatını kəskin şəkildə pisləyib.
Onun sözlərinə görə, Lavrovun bəyanatı o qədər absurddur ki, bunu yalnız təhqir kimi qəbul etmək lazımdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB