Prezident rusların ölkədə qalma qaydalarını sərtləşdirməyə çağırıb
Artıq məlum olduğu kimi, Rusiya ilə birbaşa uçuşların bərpasına qarşı çıxan Gürcüstan prezidenti Salome Zarubişvili rusların ölkədə qalması üçün qaydaları da sərtləşdirməyə çağırıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq bəyanat Gürcüstan prezidentinin saytında dərc olunub.
Zarubişvili qeyd edib ki, Gürcüstanın Qərbdəki tərəfdaş ölkələrindən Ukraynaya maksimum dəstək fonunda birbaşa uçuşların bərpası qəribə görünəcək.
Prezident bildirib ki, hökumət sosial və siyasi parametrləri nəzərə alaraq Rusiya vətəndaşlarının axını ilə bağlı məsələni ciddi şəkildə öyrənməlidir. Zurabişvilinin fikrincə, Gürcüstan ictimaiyyəti bilməlidir ki, onun milli maraqları və təhlükəsizliyi nəzərə alınır və qorunur.
Dövlət başçısı Rusiya vətəndaşlarının Gürcüstanda qalmasının tənzimlənəcəyi normativ aktların işlənib hazırlanmasına çağırıb.
...Dəyişikliklər xüsusilə əmək qanunvericiliyinə, biznesin qeydiyyatına, daşınmaz əmlakın əldə edilməsinə və rusdilli məktəblərin açılmasına təsir etməlidir.
Zurabişvili onu da vurğulayıb ki, hökumət ölkənin reputasiyasına diqqət yetirməli və Gürcüstanın Rusiyaya qarşı sanksiyalardan yan keçmək üçün istifadə edilməsi ilə bağlı ittihamlara cavab verməlidir.
Qeyd edək ki, Ukrayna ilə müharibə başlayandan sonra yüz minlərlə rusiyalı ölkəni tərk edib. Gürcüstan vizasız rejim və yaşayış icazəsi almaq asanlığına görə ruslar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib.
İlkin məlumatlara görə, 2022-ci ildə Gürcüstana 120 mindən 140 minədək Rusiya vətəndaşı gəlib. 12 mindən çox rusiyalı ölkədə müxtəlif daşınmaz əmlak obyektləri alıb. Milli Bankın məlumatına görə, 2022-ci ildə Rusiya vətəndaşları Gürcüstana iki milyard dollardan çox pul köçürüblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB