Peruda hökumət əleyhinə etirazlar zamanı nümayişçilər ölkənin ikinci böyük şəhəri olan Arekipadakı hava limanına zorla girməyə cəhd ediblər. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, polisin müdaxiləsi nəticəsində 3 nəfər yaralanıb, xeyli sayda etirazçı isə saxlanılıb.
Arekipadakı Alfredo Rodriguez Ballon hava limanına zorla girməyə çalışan nümayişçilər polis arasında qarşıdurma yaşanıb.
Təhlükəsizlik qüvvələrinin gözyaşardıcı qazla müdaxiləsi nəticəsində 3 nəfər yaralanıb, çox sayda nümayişçi saxlanılıb.
Nəqliyyat və Rabitə Nazirliyi hadisələrlə əlaqədar hava limanının müvəqqəti bağlandığını açıqlayıb.
Digər tərəfdən paytaxt Limada bir araya gələn tələbələr, həmkarlar ittifaqları və yerli nümayəndələr prezident Dina Boluartenin istefasını, erkən seçkilərin elan edilməsini və həbsdə olan keçmiş prezident Pedro Kastillonun azad edilməsini tələb ediblər.
“Limanı al” şüarını səsləndirən minlərlə nümayişçi şəhərin tarixi meydanına doğru yürüş edib. 12 min polis təhlükəsizlik tədbiri görüb.
Burada baş verən toqquşmalarda isə beş jurnalist aksiyaçıların hücumuna məruz qalaraq yaralanıb.
Minlərlə insanın müxtəlif şəhərlərdən avtobuslarla paytaxta daxil olduğu və etirazların şiddətinin daha da arta biləcəyi bildirilir.
Dekabrın 11-dən bəri hökumət əleyhinə keçirilən nümayişlərdə həyatını itirənlərin sayı biri polis olmaqla 53-ə, yaralıların sayı isə 750 nəfəri ötüb.
Ombudsman Aparatının məlumatına görə, etirazlarda ölən 53 nəfərdən azı 42-si təhlükəsizlik qüvvələrinin birbaşa müdaxiləsi nəticəsində dünyasını dəyişib.
Prezident Boluarte yanvarın 10-da nümayişçiləri bir daha dialoqa çağırıb və etirazların dayandırılmasını tələb edib.
Xatırladaq ki, ölkənin keçmiş prezidenti Pedro Kastillo Konqresi buraxmaq və fövqəladə vəziyyət höküməti yaratmaq qərarından sonra saxlanılmışdı.
Onun saxlanılmasından sonra vitse-prezident Boluarte ölkənin yeni prezidenti kimi and içmişdi.
Pedro Kastilyonun dekabrın 7-də Konqres tərəfindən vəzifəsindən azad edilərək həbsxanaya göndərilməsindən sonra ölkədə etiraz aksiyaları başlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB