Avropa İttifaqı ölkələrinin Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlərlə bağlı fikirləri olsa da, amma yeni sanksiyalar paketinin nə vaxt qəbul olunacağı tarixi hələlik məlum deyil.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə yanvarın 20-də Brüsseldəki yüksək səviyyəli tədbirdə xəbər verilib.
Məsələ bundadır ki, Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlərin bu ölkənin hansı sektorlarına təsir edəcəyi hələ ki, məlum deyil.
“...Biz doqquz sanksiya paketi qəbul etmişik və hazırda bütün diqqətimizi onların həyata keçirilməsinə yönəldirik, onların bütün dünyada yayınmasının qarşısını alırıq”.
Bunu Brüsseldəki mənbə bildirib.
Qeyd edək ki, Avropa İttifaqı nümayəndəsi, Avropa İttifaqının yeni sanksiyalara açıq olduğunu bildirsə də, lakin bunun xarici işlər nazirləri şurasında olmadığını bildirib: “Ona görə də onuncu paketin qəbul olunma tarixindən danışmaq hələ tezdir”.
Xatırladaq ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiyaya qarşı onuncu sanksiyalar paketini açıqlayıb.
Bu arada Avropa Şurasının rəhbəri Şarl Mişel Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqi ilə bağlı çətinliklərin artdığını açıqlayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB