“Ukrayna ilə danışıqlardan söhbət belə gedə bilməz”

“Ukrayna ilə danışıqlardan söhbət belə gedə bilməz”

Ukrayna prezidenti Vladimir Zelenski rejimi Qərbdən daha çox silah əldə etmək üçün Dnep faciəsindən istifadə etməyə çalışır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Ukrayna böhranı ilə bağlı cümə günü yayılan şərhində deyilir.

Zaxarova yanvarın 14-də “adi” partlayış nəticəsində Dnepdəki çoxmərtəbəli binanın girişinin dağıdılmasını xatırladıb.

Maraqlıdır ki, rusiyalı səlahiyyətli bu faciəyə səbəb kimi Ukrayna hava hücumundan müdafiə qüvvələrinin hərəkətlərini göstərib və Ukrayna prezidentinin ofisinin ştatdankənar müşaviri Aleksiy Aretoviçin hansısa bir etirafını əsas kimi göstərib.

Zaxarovaya görə, Qərbin Ukraynaya tədarüklə bağlı bəyanatları eskalasiyaya gətirib çıxarmaqdadır.

Rusiyalı xanım xüsusilə “The New York Times”ın nəşrinə diqqət çəkib ki, ABŞ administrasiyası Krıma hücum etmək üçün Kiyevə əlavə silahların verilməsi variantlarını nəzərdən keçirir. Bundan əlavə, Zaxarova Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin tərəfdaşlara Kiyevə “istifadə edə biləcəyi istənilən silahı” verməyə çağırışını xatırladıb.

“Biz bütün bunları Qərbin açıq təxribatçı təhrikləri və münaqişədə payların artırılması kimi qiymətləndiririk ki, bu da qaçılmaz olaraq itkilərin artmasına və təhlükəli eskalasiyaya gətirib çıxaracaq”.

Bunu bildirən Zaxarova, “...siyasəti “quduz müharibə tərəfi” müəyyən edəndə Kiyevlə danışıqlardan söhbət gedə bilməz”-deyə əlavə edib.

Ukrayna prezidenti Vladimir Zelenskinin Davosda keçirilən forumdakı çıxışına diqqət çəkən rusiyalı siyasətçi xanım, bu gün Kiyev rejiminin tonunu təyin edən və siyasətini müəyyən edən reallıq hissini itirmiş qəzəbli müharibə partiyası olduğunu bildirib. Zaxarovanın fikrincə, belə bir şəraitdə Ukrayna ilə danışıqlardan söhbət belə gedə bilməz.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə