Ostin Ukraynaya hərbi yardımın artırılmasını tələb edib

Ostin Ukraynaya hərbi yardımın artırılmasını tələb edib

Pentaqonun rəhbəri Lloyd Ostin, Qərbin Ukraynaya hərbi yardımını artırmağı tələb edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, O, bunu yanvarın 20-də Almaniyanın Ramşteyn aviabazasında Ukraynaya dəstək üzrə təmas qrupunun iclasının açılışında bildirib.

Ostinin fikrincə, Qərb ölkələri Kiyevə göstərilən yardımın səviyyəsini saxlamalı və hətta bu istiqamətdəki səylərini artırmalıdırlar.

“Bu, Ukrayna üçün həlledici məqamdır və bütün dünya üçün müəyyənedici onillikdir”.

Bunu ABŞ müdafiə naziri bildirib.

Yeri gəlmişkən, bir müddət əvvəl NATO baş katibinin müavini Mirça Coana Ukraynada uzanacağı ehtimal olunan münaqişəyə hazır olmağa çağırış etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə