“Zeytun budağı” antiterror əməliyyatı beşinci ilində

“Zeytun budağı” antiterror əməliyyatı beşinci ilində

Milli Müdafiə Nazirliyi (MSB) Suriyanın şimalında keçirilən “Zeytun budağı” antiterror əməliyyatının beşinci ilində şəhid və qazilərin xatirəsini yad edib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Milli Müdafiə Nazirliyi 20 yanvar 2018-ci il tarixində başlayan əməliyyatın beşinci ildönümü ilə bağlı verdiyi açıqlamada əməliyyatı uğurla həyata keçirən Türkiye Silahlı Qüvvələrinin şəxsi heyətindən şəhid olanların xatirəsinin anıldığı bildirilib.

Açıqlamada “Ölkəmizin və millətimizin əmin-amanlığı və təhlükəsizliyi uğrunda canları bahasına döyüşərək şəhidlik mərtəbəsinə çatan qəhrəmanlarımıza Allahdan rəhmət, qəhrəman qazilərimizə cansağlığı, xoşbəxtlik və uzun ömür arzulayırıq" deyilib.

Açıqlamada əməliyyatla əlaqədar məlumatların olduğu qrafika paylaşılıb. Buna görə, "Zeytun budağı" antiterror əməliyyatı daha əvvəl keçirilən “Fərat qalxanı” əməliyyatında şəhid olan 72 əsgərin xatirəsinə 72 döyüş təyyarəsinin hava hücumu ilə başlayıb.

Əməliyyat beynəlxalq hüquq normalarına uyğun və insan hüquqlarına hörmətlə yanaşı, mülki şəxslərə, tarixi binalara və ibadət ocaqlarına zərər vermədən başa çatıb.

“Zeytun budağı” əməliyyatında 7 min 314 terrorçu zərərsizləşdirilib, 2 min kvadrat kilometr ərazi təhlükəsiz vəziyyətə gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə