NATO-nun yüksək səviyyəli hərbi rəsmisi Rob Bauer Türkiyəni Baş Qərargah rəisi ordu generalı Yaşar Gülərin təmsil etdiyi NATO Baş Qərargah Rəisləri Yığıncağından sonra mətbuata açıqlamasında bu barədə danışıb.
Rob Bauer bir jurnalistin özünə ünvanladığı "Rusiyanın yeni hücum planı varmı"? sualına cavabən deyib: “Rusiyanın strateji hədəfləri dəyişmədiyi üçün yeni hücum həyata keçirəcəyini gözləyirik. Bu təxmindən ibarətdir. Ancaq yaxın zamanadək strateji məqsədlərini dəyişməsələr, çox güman ki, yazda yeni hücuma başlayacaqlar. Ukraynalılar ehtimal olunan belə bir plana qarşı tədbirli olmalıdılar”. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya hücum edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB