“...Ukrayna köhnə sərhədlərini bərpa edə bilməyəcək”. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri yanvarın 20-də Almaniya Bundestaqının keçmiş deputatı, Almaniyanın “Almaniya üçün Alternativ” sağçı partiyasının üzvü Valdemar Qerdt bildirib.
Onun dediyinə görə, guya Ukrayna öz ilkin sərhədləri daxilində qalmayacaq. Qerdt, rəsmi Kiyevin Rusiya ilə münaqişəni özü üçün ən az itki ilə bitirmək imkanının olduğunu da vurğulayıb. Onun dediyinə görə, amma Kiyev bu imkandan istifadə etməyib və Vaşinqtonun tələbi ilə hərbi əməliyyatların daha da genişlənməsi lehinə seçim edib.
Maraqlıdır ki, alman siyasətçi bundan sonra Ukraynanı bütün dünya bərpa etməli və sonradan onu parçalamalı olacağını bildirir.
Eyni zamanda Qerdt, Ukraynanın gələcəyinin müharibədən sonrakı konfransda, yəni münaqişənin sonunda həll olunacağını əlavə edib.
Xatırladaq ki, əvvəllər Kiyevin nəzarətində olan Donetsk və Luqansk Xalq Respublikaları, Xerson və Zaporojye vilayətləri orada keçirilən referendumların nəticələrinə görə Rusiyanın tərkibinə daxil olub. Krım isə hələ 2014-cü ildə Rusiya Federasiyasının subyekti olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB