"Google"un ana şirkəti 12 min işçini ixtisar edəcək

"Google"un ana şirkəti 12 min işçini ixtisar edəcək

"Google"un ana şirkəti olan "Alphabet Inc" təxminən 12 min işçini ixtisar edəcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Sundar Pichai danışıb.

Bu, sözügedən şirkətin qlobal işçi qüvvəsinin altı faizindən çoxunu təşkil edir. Oktyabr ayında şirkət analitiklərin gözləntilərindən aşağı olan maliyyə nəticələrini açıqlayıb. Mənfəət əvvəlki illə müqayisədə 27 faiz azalaraq 13,9 milyard dollar olub. Son aylarda "Google" xərcləri azaltmaq üçün bir sıra addımlar atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə