Ukraynanın müdafiəsi üzrə təmas qrupunun səkkizinci iclası başlayıb
ABŞ-ın Almaniyada yerləşən Ramşteyn aviabazasında Ukraynanın müdafiəsi üzrə təmas qrupunun səkkizinci iclası başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, iclasda 50-yə yaxın ölkənin müdafiə idarələrinin rəhbərləri, NATO-nun baş katibi Yens Stoltenberq, ordunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli və Ukraynanın müdafiə naziri Oleksiy Reznikov iştirak edir. İştirak edənlər Brovaridə helikopter qəzasında həlak olanların xatirəsini ehtiramla yad ediblər.
İclasın açılış nitqini ABŞ müdafiə naziri Lloyd Ostin edib.
“Biz, 50 dövlət, lazım olduğu qədər Ukraynanı dəstəkləməkdə qərarlıyıq... Putin həm Ukraynanın, həm də bizim qətiyyətimizlə hesablaşmadı. Hazırkı vəziyyət Ukrayna və bütün dünya üçün həlledici məqamdır”, - müdafiə naziri Lloyd Ostin deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB