Akşener Kılıçdaroğlunu ziyarət edib

Akşener Kılıçdaroğlunu ziyarət edib

Türkiyədə İYİ Partiyasının sədri Meral Akşener yanvarın 26-da İYİ Partiya Ümumi Qərargahında keçiriləcək 11-ci masa toplantısı öncəsi liderlər turu çərçivəsində CHP sədri Kamal Kılıçdaroğlunu ziyarət edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, CHP-nin Hüquq Məsələləri üzrə sədr müavini Məhərrəm Erkek qapıda Akşener və onu müşayiət edən heyəti qarşılayıb. Görüş Kılıçdaroğlunun ofisində baş tutub. Mətbuata qapalı keçirilən görüş təxminən 1 saat 10 dəqiqə davam edib. Akşener və Kılıçdaroğlu 6 tərəfli masanın gündəminə dair fikir mübadiləsi aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə