“Hesabdakı bütün vəsaitlər Xəzinədarlıq Departamentinin tələbi ilə dondurulub” - BAŞ REDAKTOR

“Hesabdakı bütün vəsaitlər Xəzinədarlıq Departamentinin tələbi ilə dondurulub” - BAŞ REDAKTOR

Fransa “Rossiya Seqodnya” Agentliyinin baş redaktoru Marqarita Simonyanın rəhbərlik etdiyi RT France telekanalının hesablarını dondurub. SİA xarici mətbuata istinadən xəbər verir ki, məlumatı Fransanın “Le Monde” qəzeti yayıb.

"Hesabdakı bütün vəsaitlər Xəzinədarlıq Departamentinin tələbi ilə dondurulub", - Fransada yayımlanan Moskva telekanalının baş redaktoru Kseniya Fyodrova yazıb.

O, qeyd edib ki, bu, əvvəlki şərtlərlə işləməyi mümkünsüz edir.

Bütün xəbərlər Facebook səhifəmizdə