Stavropolda törədilən hadisələr soyqırımı kimi tanınıb

Stavropolda törədilən hadisələr soyqırımı kimi tanınıb

Rusiyada II Dünya Müharibəsi zamanı Hitler Almaniyası tərəfindən Stavropolda törədilən hadisələr soyqırımı kimi tanınıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məhkəmə hökm çıxarıb.

Belə ki, Stavropol Diyar Məhkəməsinin qərarına əsasən, 1941-1945-ci illərdə Stavropolda xeyli insanın ölümü ilə nəticələnən akt müharibə cinayəti və soyqırımı olaraq qəbul edilib.

Bildirək ki, Stavropol diyarı müharibənin gedişində nasist qoşunlarının işğalı altına düşmüşdü. İşğal dövründə diyarda kütləvi qırğınlar törədilib.

Bütün xəbərlər Facebook səhifəmizdə