ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri Uilyam Börns Ukraynaya gizli şəkildə səfər edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, səfər ötən həftə baş tutub.
Bildirilib ki, məqsəd rəsmi Kiyevə Rusiyanın müharibədəki yeni planları barədə informasiyalar və əldə olunan kəşfiyyat məlumatlarını vermək olub.
Həmçinin ABŞ-ın Ukraynaya yardımları məsələsi müzakirə olunub. Berns Respublikaçılar Partiyasının Konqresdə çoxluq əldə etməsindən sonra xərclərin azaldılması istiqamətində addımlar atılacağından böyük miqyasda davam edən dəstəyin çətinləşəcəyini vurğulayıb.
Səfər çərçivəsində Börnsün Ukrayna prezidenti Volodimir Zelenski ilə məxfi görüş keçirdiyi də qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB