NATO üzvü olan 11 ölkədən Ukraynaya yeni hərbi yardım sözü verilib
Estoniya, Polşa, Litva, Latviya, İngiltərə, Almaniya, Danimarka, Çexiya, Slovakiya, Hollandiya və İspaniyanın müdafiə rəsmiləri Estoniyanın paytaxtı Tallin yaxınlığındakı hərbi bazada toplaşaraq Ukraynaya yeni hərbi yardım vəd ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə, 600 Brimston raketi, Danimarka, 19 Fransa istehsalı SEZAR tipli haubitsa, Estoniya, minaatan, sursat, dəstək maşınları və tank əleyhinə, Latviya, Stinger hava hücumundan müdafiə sistemi, 2 helikopter və pilotsuz uçuş aparatı, Litva, zenit sistemləri və 2 helikopter, Polşa 70 min döyüş sursatı olan S-60 zenit sistemini, Çexiya yüksək kalibrli sursat, haubitsa və zirehli transportyor göndərəcək. Hollandiya Ukraynaya hərbi yardım paketini bu gün açıqlayacaq. Digər tərəfdən, ABŞ-ın da olduğu Ukrayna Müdafiə Əlaqə Qrupu bu gün Almaniyanın Ramstein Hava Bazasında bir araya gələcək və Ukraynaya hərbi dəstək məsələsini müzakirə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB