2021-ci ilin oktyabrında məşhur ABŞ aktyoru Alek Baldvin operator Haluna Hutçins-i təsadüfən vuraraq öldürdüyü çəkiliş meydançasında baş verən qəzaya görə "qəsdən adam öldürmə" maddəsi ilə ittiham ediləcəyi açıqlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, çəkiliş meydançasında baş verən ölümcül qəzadan sonra ifadə verən Bolduin silahı ona rejissor Deyv Hallsin verdiyini və silahın "təhlükəsiz" olduğunu söylədiyini bildirib.
Rejissor köməkçisi Halls isə ifadəsində silahın içində “əsl güllələrin” olduğunu bilmədiyini bildirib. Beləliklə, Balduinin əlindəki silahda əsl güllələrin olduğu üzə çıxıb.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB