Türkiyə və ABŞ F-35 qırıcıları ilə bağlı məsləhətləşmələr aparıb

Türkiyə və ABŞ F-35 qırıcıları ilə bağlı məsləhətləşmələr aparıb

Türkiyə və ABŞ Müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında F-35 qırıcıları ilə bağlı məsləhətləşmələr aparılıb. SİA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada Ankarada keçirilən F-35 məsləhətləşmələrinin ikinci mərhələsinin dünən Vaşinqtonda baş tutduğu bildirilib.

Məlumatda nümayəndə heyətlərinin məsləhətləşmələrin davam etdirilməsi ilə bağlı razılığa gəldiyi, növbəti görüşün 2023-cü ilin yazında Ankarada keçirilməsinin planlaşdırıldığı qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə