Putinin Albaniyadakı “populyarlığı artıb”

Putinin Albaniyadakı “populyarlığı artıb”

Bu arada Albaniyanın baş naziri Edi Rama, Rusiya prezidenti Vladimir Putinin bir sıra Qərbi Balkan ölkələrində populyarlığının artdığını bildirib. Onun dediyinə görə, guya Avropa İttifaqına simpatiya isə əksinə, azalır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, fikirlərini Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində bildirib.

Təbii ki, rus saytları da bunu “alban dilindən tərcümə edib düzüb-qoşublar”.

Maraqlıdır ki, Rama Avropa İttifaqı rəhbərliyinə bu prosesin anti-Rusiya sanksiyaları fonunda baş verdiyini dərk etməyi tövsiyə edir.

“Brüsseldə insanlar başa düşməlidirlər ki, Avropa İttifaqının populyarlığının getdikcə azaldığı regionda Putin Albaniyadan başqa ölkələrdə getdikcə daha çox “qəhrəman” kimi görünür. Albaniyada onun populyarlığı 0,7 faiz təşkil edir ki, bu da bizim üçün hələ də çoxdur. Biz Avropa İttifaqını 99 faiz, ABŞ-ı isə 100 faiz sevirik”, - deyə baş nazir bildirib.

Yeri gəlmişkən, Davosda keçirilən Dünya İqtisadi Forumunda Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarının sağ olmasına şübhə ilə yanaşıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə