Borrell Lavrovun "Rusiya məsələsi" ilə bağlı sözlərinə cavab verib
Bu arada Avropa diplomatiyasının rəhbəri Xosep Borrel Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Rusiya məsələsi” ilə bağlı sözlərinə cavab verib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onun bəyanatı Avropa İttifaqının diplomatik xidmətinin saytında dərc olunub.
Qeyd edək ki, Borrell Lavrovun Qərbə qarşı ittihamlarını yersiz adlandırıb. Onun sözlərinə görə, nasist Almaniyasının cinayətləri ilə Ukraynanın öz ərazisini və xalqını haqsız təcavüzdən qorumaq üçün beynəlxalq yardım arasında heç bir paralellik ola bilməz.
Xatırladaq ki, bundan əvvəl Sergey Lavrov Qərb siyasətinin məqsədinin “Rusiya məsələsi”nin yekun həlli olduğunu demişdi. Diplomat bunu nasist Almaniyasının lideri Adolf Hitlerin “yəhudi məsələsi”ni həll etmək cəhdləri ilə müqayisə edib.
Yeri gəlmişkən mətbuat konfransı zamanı Lavrov 2014-cü ildə Ukraynada rusofobların hakimiyyətə gəldiyini və rusları Krımdan qovmağa qərar verdiyini bildirib. Onun sözlərinə görə, bu ölkədə rusofobiya Qərb tərəfindən fəal şəkildə dəstəklənir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB