"Növbəti həftələr bu müharibədə həlledici olacaq"

"Növbəti həftələr bu müharibədə həlledici olacaq"

Qarşıdakı həftələrin müharibədə həlledici olacağını deyən Avropa Şurasının prezidenti Şarl Mişel, ona görə də Ukraynaya silah tədarükünü davam etdirmək lazımolduğunu bildirib.

“UNİAN”a istinad edən SİA-nın məlumatına görə, Mişel bunu Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə keçirdiyi brifinqdə deyib. O, Avropa İttifaqının Ukraynaya dəstəyi gücləndirməkdə davam edəcəyinə əmin edib.

“Bu gün biz əmin etmək istəyirik ki, biz öz imkanlarımızı gücləndirməkdə davam edəcəyik”-deyən Avropa Şurasının prezidenti Ukraynaya silah tədarükünün davam etdirilməsinin vacibliyini də vurğulayıb.

“Çünki növbəti həftələr bu müharibədə həlledici olacaq, ona görə də belə qərarlar lazımdır”, - deyə Mişel bildirib.

O, hazırda Avropa İttifaqının görünməmiş sayda ukraynalı müdafiəçi üçün təlimlər keçirdiyini də xatırladıb.

"Siz Avropa İttifaqına arxalana bilərsiniz. Biz sarsılmaz dəstəyimizi davam etdirəcəyik. Biz həmişə sizinlə yan-yana olacağıq...".

Qeyd edək ki, bunu da Avropa Şurasının rəhbəri bildirirb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə