Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko, Kiyevin Rusiya ilə münaqişədə 2023-cü ildə qalib gələ biləcəyini bəyan edib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, ukraynalı nazir bunu yanvarın 19-da Davosda Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunan dəyirmi masada deyib.
Sviridenkonun sözlərinə görə, Ukrayna tərəfi çox tezliklə qalib gələcəyinə ümid edir.
“Lakin, əlbəttə ki, hər şey hərbi yardımdan, ağır silahlardan, raket əleyhinə sistemlərdən, döyüş meydanında döyüşməyimizə kömək edəcək hər şeydən, eləcə də sanksiyalar siyasətindən asılıdır”, - deyə nazir bildirib.
Bununla yanaşı Sviridenko Rusiya Federasiyasına qarşı sanksiyaların Ukrayna hakimiyyətinin gözlədiyi qədər effektiv olmadığını da etiraf edib.
Yeri gəlmişkən, ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Skott Ritter Rusiyanın 2023-cü ildə Ukraynanı məğlub edəcəyinə inandığını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB