Belarus və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub
Belarus və Rusiyanın müdafiə nazirləri Viktor Xrenin və Sergey Şoyqu arasında telefon danışığı olub.
SİA-nın belarus saytlarından əldə etdiyi məlumata görə, bu barədə yanvarın 19-da Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bu gün Belarus və Rusiya hərbi idarələrinin rəhbərləri arasında telefon danışığı olub. Onun zamanı Viktor Xrenin və Sergey Şoyqu ikitərəfli hərbi əməkdaşlıq, strateji məhdudlaşdırma tədbirlərinin həyata keçirilməsi, eləcə də qoşunların regional qruplaşmasının hazırlanmasında irəliləyişləri müzakirə ediblər.
Oxşar məlumatı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB