Şarl Mişel Kiyevə gəlib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu gün Ukraynanın paytaxtına səfər edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Şarl Mişel tviter səhifəsində məlumat paylaşıb. O, Kiyevə səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski, Baş nazir Denis Şmıqal və Radanın deputatları ilə görüşəcək. Görüşlərdə əməkdaşlığın bütün istiqamətləri müzakirə olunacaq.

Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan bəri Avropa İttifaqı Ukraynaya siyasi, iqtisadi, maliyyə, humanitar və silah yardımı göstərir. Qurum ötən il Kiyevə 19 milyard avroluq yardım ayırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə