Konqo Demokratik Respublikasının (KDR) şimal-şərqində 49 cəsədin olduğu kütləvi məzarlıqlar tapılıb.
Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin müavini Fərhan Haq Nyu Yorkda verdiyi açıqlamada üsyançıların ötən həftə sonu etdikləri hücumlardan sonra ölkənin şimal-şərqində 49 cəsədin olduğu kütləvi məzarlıqların aşkar edildiyini bildirib: “Məzarlar Bunia şəhərinin İturi qəsəbəsinin iki kəndində ortaya çıxıb. Nyamamba kəndindəki kütləvi məzarlıqda 6-sı uşaq olmaqla 42, Mboqi kəndində isə 7 cəsəd tapılıb.
Sülhməramlı Ordu əsgərləri Konqonun İnkişafı üçün Alyans (CODECO) üsyançılarının həftə sonu mülki şəxslərə qarşı hücuma keçdiyi barədə aldıqları məlumat üzrə axtarışa başladılar və dəhşətli kütləvi məzarlıqlar tapdılar”.
SİA-nın əldə etdiyi məlumata görə, yerli hakimiyyət orqanları isə CODECO üsyançılarının kəndlərə hücumları zamanı çoxlu qadının da qaçırıldığını bildirib.
Xatrıladaq ki, CODECO üsyançıları 2022-ci ilin iyun ayında KDR-nin İturi və Djuqu bölgələrində mülki əhaliyə qarşı zorakılığı dayandırdıqlarını elan etmələrinə baxmayaraq ara-sıra hücumlar ediblər.
BMT-nin bəyanatına görə, dekabr ayından bəri KDR-də CODECO və digər silahlı üsyançı qruplar tərəfindən ən azı 195 nəfər öldürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB