Türkiyədən ölkələrinə qaytarılan mühacirlərin sayı

Türkiyədən ölkələrinə qaytarılan mühacirlərin sayı

Türkiyədə ilin əvvəlindən 5466 qeyri-qanuni mücahir deportasiya edilib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin sosial media hesabından verilən məlumata görə, qeyri-qanuni mühacir və deportasiya prosedurlarına qarşı mübarizə fasiləsiz olaraq davam edir.

Bu çərçivədə 1-19 yanvar tarixlərində 2 min 215 əcnəbi, 1225-i 7 çarter reysi, 990-ı isə müntəzəm reyslə öz ölkələrinə qaytarılıb.

İlin əvvəlindən bütün millətlərdən deportasiya edilən qeyri-qanuni miqrantların sayı 5466 nəfərə çatıb.

Ötən il 235-i Əfqanıstana, 2-si Pakistana olmaqla 237 çarter reysi və müntəzəm reyslə ümumilikdə 124 441 qeyri-qanuni mücahir deportasiya edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə