Ağ Ev: “Türkiyə etibarlı müttəfiqdir”

Ağ Ev: “Türkiyə etibarlı müttəfiqdir”

Amerika Birləşmiş Ştatlarında (ABŞ) Ağ Evin sözçüsü Karine Jean-Pierre Türkiyəni etibarlı müttəfiq olaraq gördüklərini bildirib.

Jean-Pierre gündəlik mətbuat konfransında Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüklərinə dair tutduğu mövqe ilə bağlı özünə ünvanlanan suala cavabən: “ Belə bir suala Türkiyə hökumətinin cavab verməsi daha doğru olar. Biz Türkiyəni etibarlı (hörmətli) müttəfiq kimi görürük. Finlandiya və İsveçin ən qısa zamanda NATO-da iştirakını dəstəkləyir. Bu çərçivədə daha əvvəl iki ölkənin hökumətləri ilə danışıqlar apardıq”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Jean-Pierre vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə