İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskva ilə əla münasibətlərə baxmayaraq, ölkəsinin Krımın və yeni ərazilərin Rusiya Federasiyasına daxil olmasını tanımır.
SİA bu barədə rus saytlarına istinad edir.
Beləliklə, iranlı nazirin sözlərinə görə, İran beynəlxalq qanunlar çərçivəsində ölkələrin suverenliyini və ərazi bütövlüyünü tanıyır, buna görə də Moskva ilə əla münasibətlərə baxmayaraq, Tehran Krımın ilhaqını, eləcə də yeni əraziləri tanımır.
“...Çünki biz xarici siyasətdə ardıcıl prinsipimizdə israr edirik. Ukraynadakı münaqişənin həll yolu olmadığını deyəndə, əsas siyasi prinsip kimi öz mövqeyimizə inanırıq”. Bunları da Abdullahian bildirib.
Xatırladaq ki, bir müddət bundan əvvəl İran Rusiyanı Qərbin sanksiyalarına qarşı birgə mübarizəyə dəvət etmişdi. Bunun üçün müştərək iqtisadi layihələrin həyata keçirilməsinin sürətləndirilməsi və Qərbin sanksiyalarına qarşı mübarizə üçün birgə institutların yaradılması, habelə məhdudiyyətlərin tətbiq olunduğu ölkələrin cəlb edilməsi nəzərdə tutulurdu.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB