Livan parlamenti yeni prezidenti seçə bilməyib

Livan parlamenti yeni prezidenti seçə bilməyib

Livan parlamenti bu gün keçirilən iclasında yeni prezidenti seçə bilməyib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, namizədlərdən heç biri qalib gəlmək üçün tələb olunan dəstəyi ala bilməyib.

128 deputatdan 63-nün bülletenləri boş olub, daha 34 namizəd isə müxalifət fraksiyasından olan Mişel Muavvadin namizədliyini dəstəkləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə