Zaporojye və Xarkov vilayətlərində partlayış səsləri eşidilib

Zaporojye və Xarkov vilayətlərində partlayış səsləri eşidilib

Ukraynanın Zaporojye və Xarkov vilayətlərində partlayış səsləri eşidilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda “Strana.ua” məlumat yayıb.

“Xarkov vilayətinin sərhəd yaşayış məntəqələrində partlayışlar qeydə alınır. Həmçinin, Zaporojye vilayətində gurultulu partlayışlar barədə də məlumat var”, - nəşr yazıb.

Bundan əlavə, bu bölgələrdə hava xəbərdarlığının elan edildiyi bildirilir.

Qeyd edək ki, yanvarın 18-də Ukraynanın altı vilayətində: Nikolayev, Sumı, Kirovohrad, Poltava, Dnepropetrovsk və Çerkassıda hava xəbərdarlığı elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə