"Türkiyə təkcə regionda deyil, dünyada mühüm tərəfdaşdır”

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü, briqada generalı Patrik Rayder gündəlik mətbuat konfransında Türkiyəyə F-16 satışı ilə bağlı qərara dair sualları cavablandırıb.
"Türkiyə təkcə regionda deyil, dünyada mühüm tərəfdaşdır”

"Türkiyə təkcə regionda deyil, dünyada mühüm tərəfdaşdır”.
Bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü, briqada generalı Patrik Rayder gündəlik mətbuat konfransında Türkiyeyə F-16 satışı ilə bağlı qərara dair sualları cavablandırarkən deyib.

Ehtimal olunan satışın iki ölkənin hərbi münasibətlərində nə qədər əhəmiyyətli olduğuna dair sualı cavablandıran Rayder qərarın üzakirə olunması üçün Konqresdə olduğunu söyləyib.

"Türkiyə ilə ABŞ arasındakı ikitərəfli münasibətlərə gəlincə, biz həmişə Türkiyənin mühüm tərəfdaş və müttəfiq olduğunu söyləmişik. Ona görə də bu əlaqələri gücləndirmək və qarşılıqlı müdafiə ehtiyaclarımızın ödənilməsini təmin etmək üçün Türkiyənin liderləri ilə yaxından işləməyə davam edəcəyik", deyə Rayder qeyd edib.

Rəsmi Vaşinqtonun Türkiyəyə F-16 satışını təsdiqləməsi və Yunanıstana F-35 qırıcıları satmaq planı ilə bağlı suala Rayder bu məsələlərin bir-birindən müstəqil olduğunu və ABŞ-ın hər iki ölkə ilə əlaqələrinin olduğunu vurğulayıb.

Konqres üzvlərinin bəzilərinin F-16 qırıcılarının Türkiyəyə satışına etiraz etdiyini xatırladan sözçü Ryder Pentaqonun bu məsələ ilə bağlı konqresə hər hansı tövsiyə verib-vermədiyi sualına isə belə cavab verib:

“Bu, Konqresin qərar verəcəyi bir şeydir. Onlara buradan nə edəcəklərini deyə bilmərəm. Dəfələrlə dediyim kimi, Türkiyə ilə ABŞ müttəfiqliyi bölüşür və Türkiyə təkcə regionda deyil, dünyada mühüm tərəfdaşdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə