Putin: “Rusiyanın qələbəsi qaçılmazdır”

Putin: “Rusiyanın qələbəsi qaçılmazdır”

Yanvarın 18-də Rusiya prezidenti Vladimir Putin “Almaz-Antey” konserninin tərkibinə daxil olan “Obuxov” zavoduna səfəri zamanı Rusiyanın qələbəsinin qaçılmaz olduğunu elan edib.

Onun dediyinə görə, çünki bu, rus xalqının birliyinə, xalqın qəhrəmanlığına əsaslanır.

Putin qeyd edib ki, Rusiyanın gələcək qələbəsinə inamı ruhlandıran bir çox komponentlər var.

Onun dediyinə görə, son nəticə və labüd olan qələbə baxımından bir neçə şey var ki, onlar bizim qələbəmizin əsasını təşkil edir.

Bu, Rusiyanın və ümumiyyətlə, çoxmillətli rus xalqının birliyidir. Bu, xüsusi hərbi əməliyyat çərçivəsində və cəbhə xəttində əsgərlərimizin şücaəti, qəhrəmanlığıdır.

“Bütün bunlar bizim səmərəli inkişafımız və qələbəmiz üçün zəmin yaradır. O, təmin olunub. Buna heç bir şübhəm yoxdur”, - deyə Rusiya prezidenti bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə