Bu ölkə Rusiyaya qarşı sanksiyalardan kənarda qalmasını istəyib

Bu ölkə Rusiyaya qarşı sanksiyalardan kənarda qalmasını istəyib

Macarıstan Rusiyaya qarşı sanksiyalardan hələ ki, kənarda qalmasını istəyib. Çünki başqa mənbələr olmadan ölkə lazımi enerji resurslarını əldə edə bilməz.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

Macarıstanlı nazir, ölkəsinin hələ də Rusiyadan neft və qaz aldığını etiraf edib.

“Niyə? Çünki infrastrukturumuz ölkəni başqa mənbələrdən təmin etməyə imkan vermir. İnfrastrukturun qurulması üçün isə vaxt lazımdır”,-deyə o etirafını əsaslandırmağa çalışıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə