Xerson vilayətində müvəqqəti işğal olunmuş ərazilərdə rus əsgərləri yerli sakinlərin boş mənzillərinə girib axtarış aparır, bütün məişət texnikası və mebelləri çıxarıb aparırlar.
“Rusiya işğalçı qoşunları müvəqqəti işğal olunmuş ərazilərdə talanlarını dayandırmır”.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı axşam hesabatında bildirib.
Qeyd olunduğu kimi, Xerson rayonunun Qornostayevka, Qahirə, Bratolyubovka və Nijnie Seroqozı qəsəbələrində 10-15 nəfərdən ibarət qruplar halında hərəkət edən işğalçılar yerli sakinlərin boş mənzillərində axtarış aparır, bütün məişət texnikası və mebelləri çıxarıb aparırılar.
Yeri gəlmişkən Rusiya işğalçılarının Ukraynada törətdikləri cinayətlərlər yanaşı, onların kütləvi talançılıqları da qeyd olunub.
Belə ki, genişmiqyaslı müharibənin ilk günlərindən ruslar ukraynalıların evlərini qarət etdilər - bacardıqları hər şeyi, hətta ev heyvanlarını da çıxarıb aparırlar. Əslində bununla bağlı artıq xeyli faktlar əldə edilib.
Bundan əlavə, Xerson vilayətindəki ruslar iki dünya müharibəsindən sağ çıxan tarixi şatoyu talayıblar. Ən gülməli oğurluqlardan biri də Xerson zooparkından diri yenotun çıxarılması olub. Əhəmiyyətli odur ki, ruslar bu epizoddan çox qürur duyurlar.
Öz növbəsində “The New York Times”, Ukrayna muzeylərinin rus işğalçıları tərəfindən talan edilməsi İkinci Dünya Müharibəsindən sonra ən böyük sənət əşyaları oğurluğu kimi təqdim edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB