Bu arada Ukrayna Təhlükəsizlik Xidməti müstəntiqlərin nəzərdən keçirdiyi vertolyotun Brovarıda qəzaya uğraması ilə bağlı üç versiyanı irəli sürüblər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunlara uçuş qaydalarının pozulması, texniki nasazlıq və vertolyotu məhv etmək üçün qəsdən edilən hərəkətlər daxildir.
Xatırladaq ki, vertolyot qəzası çərşənbə günü, yanvarın 18-də səhər saatlarında baş verib.
Belə ki, helikopter uşaq bağçasının yaxınlığında qəzaya uğrayıb və bundan sonra güclü yanğına səbəb olan partlayış baş verib.
Qeyd edək ki, helikopterdə Ukraynanın daxili işlər naziri Denis Monastırski, onun müavini Yevgeni Brin və departamentin dövlət katibi Yuri Lubkoviç olub - onların hamısı həlak olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB