Almaniya kansleri Olaf Şolz Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı ölkəsinin Rusiyadan qaz və neftdən müstəqilliyini elan edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Moskva danışır” xəbər verir.
Onun sözlərinə görə, Almaniya yeni tərəfdaşlarla müqavilələr bağlayıb.
“Almaniya bir neçə ay ərzində özünü Rusiya nefti, qazı və kömüründən tamamilə müstəqil etdi. Bu qış üçün enerji təhlükəsizliyi doldurulmuş qaz anbarları, yüksək enerji səmərəliliyi və Avropa həmrəyliyi sayəsində təmin edilir”, - deyə almaniyalı kansler bildirib.
Almaniyanın artıq mayeləşdirilmiş təbii qaz üçün iki mobil terminal açdığını deyən Şolz, yaxın aylarda daha iki belə qurğunun açılmasını planlaşdırdıqlarını bəyan edib.
Qeyd edək ki, dörd terminalın ümumi gücü ildə 33 milyard kubmetr qaz təşkil edəcək. Bundan əvvəl Olaf Şolz Ukraynada münaqişəyə son qoymaq üçün “Rusiyanın təcavüzü iflasa uğramalıdır” deyə bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB