İrəvan və Tehranın qardaş şəhər elan edilməsi haqqında saziş çərşənbə günü İranın paytaxtında imzalanıb.
SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, sənədi İrəvan meri Hraçya Sarkisyanla onun Tehranlı həmkarı Əlirza Zakani imzalayıb.
Sarkisyan və Zakani əməkdaşlığın inkişafı və genişləndirilməsi üçün böyük potensiala diqqət çəkiblər. Belə ki, bundan sonra iki paytaxt arasında nəqliyyat, şəhərsalma, mədəniyyət, ətraf mühitin mühafizəsi və şəhər təsərrüfatının bir sıra digər sahələrində əməkdaşlıq üzrə iş proqramı imzalanıb.
Dəvətə və səmimi qəbula görə təşəkkür edən İrəvan meri Tehrandakı həmkarını Ermənistana cavab səfərinə dəvət edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB