Bu arada “Bloomberg” analitikləri sanksiyalar və Qərb şirkətlərinin yerli bazardan çıxması fonunda bizneslə məşğul olmağa çalışan bir neçə rusiyalı sahibkardan müsahibə alıb.
Beləliklə, mütəxəssislər, Rusiyada iqtisadi sarsıntı şəraitində kiçik bizneslər tərəfindən təchizat zəncirlərinin yenidən qurulmasının “yaradıcı yolları” əsasən 1990-cı illərin təcrübəsinin təkrarı olduğunu iddia edirlər.
Belə ki, “Bloomberg”in məqaləsində qeyd olunur ki, bir çox müşahidəçilər Rusiyanın bugünkü iqtisadi təcridini sovet dövrü ilə müqayisə edirlər. Bununla belə, agentliyin fikrincə, bu, daha çox 1990-cı illəri xatırladır, o zaman istehlakçılar və biznes tədarük zəncirlərində boşluqları doldurmaq üçün yaradıcı yollar tapmalı olurlar.
Agentlik mövcud vəziyyətdən öz biznes layihələrini həyata keçirmək üçün istifadə etməyə çalışan gənc rusiyalı sahibkarların bir neçə hekayəsini sitat gətirir.
Bununla belə, agentlik əlavə edir ki, ticarət və kapital axınındakı maneələr rəqabəti boğduğu və səmərəsizliyi artırdığı üçün ölkə iqtisadiyyatı yavaşlamağa davam edəcək.
Ekspertlərin fikrincə, 2022-ci ildə yerli iqtisadiyyat 2,7 faiz, 2023-cü ildə isə daha 2,5 faiz azalacaq.
Maraqlıdır ki, “Bloomberg” ölkədəki mövcud vəziyyəti Cənubi Afrikada aparteid səbəbilə sanksiyalarla üzləşdiyi 1960-1990-cı illər dövrü ilə müqayisə edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB