Filippində 7,3 bal gücündə zəlzələ olub

Filippində 7,3 bal gücündə zəlzələ olub

Filippində 7,3 bal gücündə zəlzələ olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.

Yeraltı təkanların episentri Qərbi Davao əyalətinin Sarangani şəhərindən təqribən 352 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı Yerin 64 kilometr dərinliyində olub.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə