NATO Ukraynada uzun sürən münaqişəyə hazırlaşmağa çağırıb

NATO Ukraynada uzun sürən münaqişəyə hazırlaşmağa çağırıb

NATO baş katibinin müavini Mirça Coane Ukraynada uzanan münaqişəyə hazırlaşmağa çağırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, belə bir bəyanatla yanvarın 18-də alyansın hərbi komitəsinin Brüsseldə keçirilən iclasının açılışında çıxış edib.

Münaqişə uzunmüddətli olacağını deyən Coanenin sözlərinə görə, 2023-cü il də çətin il olacaq.

“Biz Ukraynanı lazım olduğu müddətcə dəstəkləməliyik” deyən Coane, alyansın taktiki qruplarının sürətlə şərq cinahda briqadalar səviyyəsinə qədər möhkəmləndiyini də bildirib.

Xatırladaq ki, bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Avropa və ABŞ-ı Ukraynada uzanan münaqişəyə hazırlaşmağa çağırmışdı.

Onu da xatırlayırıq ki, NATO 2023-cü ilin yazında Ukraynada münaqişənin gərginləşə biləcəyini istisna etmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə