Litva Belarusla 2006-cı ildə imzalanmış sərhədyanı əməkdaşlıq prinsipləri haqqında sazişi denonsasiya edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri rus saytları yayıblar.
Qeyd edək ki, hökumət iclasının əleyhinə hər hansı şərh verilməyib. Ona görə də əvvəllər ölkənin Daxili İşlər Nazirliyi tərəfindən irəli sürülən razılaşmanın pozulması təşəbbüsü yekdilliklə təsdiqlənib.
Litvanın Daxili İşlər Nazirliyi hesab edir ki, hazırkı geosiyasi vəziyyətdə sazişin həyata keçirilməsi qeyri-mümkündür.
Bununla yanaşı departament bunun yaxın gələcəkdə mümkün olmayacağını da istisna etməyib.
Yeri gəlmişkən bir müddət bundan əvvəl Litvanın Daxili İşlər Nazirliyi belarusların xüsusi anket doldurduqdan sonra ölkəyə girişindən imtina hallarını təsdiqləyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB