Fransada binada yanğın, ölənlər var

Fransada binada yanğın, ölənlər var

Fransanın Paytaxtı Parisin yerləşdiyi İl-de-Frans bölgəsinin Rambouillet qəsəbəsində bir binada yanğın baş verib.

SİA TRT-ə istinadən xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb. Bildirib ki, səhər saatlarında İvelin əyalətinin Rambouillet qəsəbəsində bir binanın ikinci mərtəbəsində baş verən yanğın nəticəsində ikisi uşaq olmaqla 3 nəfər həyatını itirib. Yanğının nəzarətə götürüldüyü bina sakinləri təxliyə edilib.

Yanğının səbəbi ilə bağlı hələlik heç rəsmi açıqlama verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə