Lüksemburqlu deputat Mark Anqel Avropa Parlamentinin (AP) yeni vitse-prezidenti seçilib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, o, korrupsiya qalmaqalı ilə əlaqədar vəzifəsindən uzaqlaşdırılan Eva Kaylini əvəz edib.
M.Anqel iki tur keçirilən səsvermədə mütləq səs çoxluğu ilə seçilib. Onu son turda 307 deputat dəstəkləyib.
Qeyd edək ki, Avropa Parlamentində sosialistlər qrupunu 59 yaşlı deputat təmsil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB