İraqın Kərkük şəhərində terror təşkilatı DEAŞ-a qarşı keçirilən əməliyyatda təxminən 1400 kiloqram partlayıcı maddə ələ keçirilib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Kərkük Polis İdarəsindən verilən yazılı açıqlamaya görə, İraq təhlükəsizlik qüvvələri şəhərin cənubundakı Havice bölgəsində DEAŞ-a qarşı əməliyyat keçirib.
Əməliyyat nəticəsində bölgədə təsbit edilən 1400 kiloqram partlayıcı maddə ələ keçirilib. Daha sonra sözügedən partlayıcıların təhlükəsiz yerə aparılaraq məhv edildiyi bildirilib.
Bu gün səhər saatlarında DEAŞ-ın Kərkükün şimalındakı Çimen bölgəsində həyata keçirdiyi silahlı hücumda 2 iraqlı polis ölüb.
Terror təşkilatı DEAŞ 2014-cü ildə İraqın Mosul, Səlahəddin və Ənbar vilayətlərini, həmçinin Diyala və Kərkük şəhərlərinin bir hissəsini ələ keçirmişdi. Sözügedən bölgələr illər əvvəl terror təşkilatından geri alınmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB