İran və Türkiyə regional və beynəlxalq əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Türkiyəyə səfəri zamanı keçirdiyi görüşlərin və apardığı danışıqların nəticələrini yüksək qiymətləndirib.
SİA-nın xəbərinə görə, nazir "Twitter"də yazıb ki, Ankaraya səfəri səmərəli keçib.
Nazir bildirib ki, görüşlər zamanı iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi müzakirə olunub: “Ticarət mübadiləsinin həcminin artırılması, İrana sərmayə qoyuluşu və geniş regional və beynəlxalq əməkdaşlıq sahəsində maneələrin aradan qaldırılması istiqamətində razılıq əldə olundu”.
Qeyd edək ki, Hüseyn Əmir Abdullahian yanvarın 17-də Ankarada səfərdə olub. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkənin XİN başçısı Mövlud Çavuşoğlu ilə görüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB