Bu gün yerli vaxtla 13:38-də İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələ nəticəsində 20 nəfər yaralanıb.
SİA-nın məlumatına görə, bunu İranın Xoy rayonunun qubernatoru Zəbihulla Kalami deyib.
Z.Kalaminin sözlərinə görə, yaralılar rayon xəstəxanasına yerləşdirilməkdədir.
O əlavə edib ki, baş verən zəlzələ nəticəsində 15 kəndə ziyan dəyib, ölüm halı qeydə alınmayıb.
Qeyd edək ki, bu gün İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda 5,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ 10 km dərinlikdə qeydə alınıb. İndiyədək Xoy rayonunda 7 yeraltı təkan qeydə alınıb. Zəlzələ Naxçıvan Muxtar Respublikasında da hiss olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB