“Rusiyanı qiymətləndirməmək təhlükəlidir”?

“Rusiyanı qiymətləndirməmək təhlükəlidir”?

Rusiya ilə NATO arasında birbaşa toqquşmaya yol verilməməlidir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Almaniya kansleri Olaf Şolz bunu yanvarın 17-də “Bloomberg”in baş redaktoruna müsahibəsində vurğulayıb.

Şolzun ​​sözlərinə görə, Almaniya lazım olduğu müddətdə Berlinin istifadə edə biləcəyi bütün vasitələrlə. Ukraynanı dəstəkləyir. Lakin biz həmişə bu müharibənin Rusiya ilə NATO arasında birbaşa münaqişəyə çevrilməsindən qaçırıq.

Qeyd edək ki, Şolz da müttəfiqlərlə ağır tankların Kiyevə mümkün transferi ilə bağlı danışıqlar apardığını gizlətməyib.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl rus saytları NATO-nun baş katibi Yens Stoltenberq xəbərdarlığını yaymışdılar. O, guya “Rusiyanı qiymətləndirməmək təhlükəlidir”-deyə bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə