Rusiya XİN başçısı Laçın dəhlizindən mina daşınması ilə bağlı danışıb

Rusiya XİN başçısı Laçın dəhlizindən mina daşınması ilə bağlı danışıb

Rusiya XİN başçısı Sergey Lavrov Laçın dəhlizindən mina daşınması ilə bağlı danışıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, nazir bu mövzuya 2022-ci ilin yekunlarına dair mətbuat konfransında toxunub.

"Ermənistanın minaların daşınması üçün Laçın dəhlizindən istifadə etməsi barədə məlumatlar Azərbaycan tərəfindən təqdim olunub. Hərbçilərimiz hazırda bunu öyrənirlər. Çoxlu qarşılıqlı ittihamlar var. Sülhməramlı kontingentin qadağan olunmuş, qeyri-humanitar, qeyri-mülki malların olub-olmadığını müəyyənləşdirmək məqsədilə bütün nəqliyyat vasitələrini yoxlamaq üçün hər cür imkanı var", - deyə o söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə