Avropa Şurasının rəhbəri Ukraynaya tankların tədarükünü dəstəkləyir

Avropa Şurasının rəhbəri Ukraynaya tankların tədarükünü dəstəkləyir

Bu arada Şarl Mişel Ukraynaya tankların tədarükünü dəstəklədiyini bildirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Avropa İttifaqı Şurasının prezidenti bunu yanvarın 18-də Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyasındakı çıxışı zamanı deyib.

Mişelin sözlərinə görə, Kiyevin təcili olaraq daha çox silaha ehtiyacı var.

“Biz Avropa Sülh Fondu vasitəsilə Ukraynaya hərbi yardımımızı davam etdirəcəyik”, - deyə Avropa Şurasının rəhbəri bildirib.

Qeyd edək ki, Mişel Avropa İttifaqının yenidən Ukraynaya lazım olan qədər kömək edəcəyinə diqqət çəkib. Xatırladaq ki, Polşa prezidenti Anjey Duda Ukraynaya “Leopard” tanklarından ibarət bir kompaniya keçirəcəyini vəd etmişdi.

Bundan əvvəl isə Böyük Britaniya yaxın həftələrdə Ukraynaya 14 “Challenger 2” tankı göndərəcəyini bəyan etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə