Türkiyədə FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, əməliyyat İstanbul başda olmaqla, ölkənin 10 vilayətində gerçəkləşdirilib.
Belə ki, əvvəllər saxlanılan FETÖ-çuların ifadələri, həmçinin müsadirə olunmuş rəqəmsal materialların təhlili nəticəsində təşkilatla əlaqəsi ortaya çıxan 44 nəfər axtarışa verilib.
Türkiyənin 10 vilayətində eyni vaxtda müxtəlif ünvanlarda əməliyyat keçirilib. Hazırda axtarışda olanların tapılması və məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB